Missiyamız və Vizyonumuz
Missiyamız
Təcrübəli və peşəkar heyətimizlə təhsil və təlim almaq istəyən tələbələrə təhlükəsiz, keyfiyyətli və uğurlu xidmət göstərmək bizim əsas missiyamızdır. My School Education olaraq hər bir tələbənin fərdi ehtiyac və arzularını nəzərə alaraq, onlara ən uyğun təhsil imkanlarını təqdim etməyə sadiqik.
Vizyonumuz
Xaricdə təhsil sahəsində regionun ən etibarlı və peşəkar məsləhət şirkəti olmaq. Tələbələrimizi arzularındakı təhsilə qovuşdurmaq və onları peşəkar məqsədləri istiqamətində doğru yönləndirməklə, ən sərfəli və keyfiyyətli universitetlərdə uğurla yerləşdirmək əsas vizyonumuzu təşkil edir.
Əsas Məqsədimiz
My School Education-ın əsas məqsədi, tələbələrə təhsil almaq istədikləri ölkə və universitet üzrə qəbul prosesindən məzuniyyətədək tam dəstək göstərməkdir. Tələbələrimizin bilik və bacarıqlarını maksimum səviyyədə inkişaf etdirmək, onların gələcəyinə real və dəyərli töhfə vermək bizim prioritetimizdir.
Etibar, dürüstlük və yüksək xidmət keyfiyyəti prinsiplərinə sadiq qalaraq, valideyn və tələbə məmnuniyyətini daima ön planda tutaraq, təhsil sahəsində aparıcı brend olmaq üçün çalışırıq.
